lombard
16:39
335

Bərdədə meşə yanır

Bərdə rayonunda meşə massivində yanğın başlayıb.

Bu barədə Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Cumalar kəndi ərazisindəki Cumalar meşəsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib:

"Yanğının bir hissəsi söndürülüb. Ərazi meşə fonduna aiddir, bələdiyyə ərazisi deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ