lombard
11:30
245

Bakıda keçmiş məhkum ofisdən pulqabı oğurlayıb

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ