lombard
12:47
343

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni yardım mərkəzləri yaradılır

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan
uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə
tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də
sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib.
Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət
zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri
aparılır.
İxtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə
məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə
təmin ediləcəklər. Onlara hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal
həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından
zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə,
bacarıqlarının inkişafına dəstək göstəriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ