lombard
15:15
301

Qəbələ bazarı...

Azərbaycanın hər bölgəsinin özünəməxsus tərəvəz və meyvə növləri mövcuddur. Şimal-qərb bölgəsi də bundan xali deyil. İqlim şəraitinə uyğun olaraq burada elə tərəvəzlər becərilir ki, həmin tərəvəzlər olmadan süfrəyə yemək qoyulmur.
İnkisaf.info-nın xüsusui müxbiri Qəbələ bazarında olub. Bu rəngarəng, səliqəli bazarda, bircə can dərmanı əksikdir, qalan hər şey var. Müxtəlif növ meyvə, tərəvəz, ev üsulunda bağlanmış xiyar, pomidor, göbələk, qulançar tutması, dağdan yığılan otlar, hazırlanan ədviyyatlar, meyvə qurusu, kənddə yetişən, hazırlanan bir çox məhsullar satılır. Burada nə görürsünüzsə, hamısı əl əməyi, göz nurudur. Hər şeyi təzə-təzə özləri hazırlayırlar.Bu bazarda təkcə vedrədə satılan meyvə-tərəvəz deyil, qış tədarükləri də var. Müxtəlif növ tutma, bal, doşab, mürəbbə, kompot, balın içinə qatılmış badam, fındıq, qoz… Rəflərə sıra ilə düzülmüş rəngarəng məhsullar yoldan ötənlərin diqqətini cəlb edir.Qəbələdə qış-turizm mərkəzləri açılandan sonra, rayona gəlib-gedənlərin sayı artıb. "Alver gedir. Xüsusilə hazırda ərəblərin Qəbələyə axın etmələri ticarətə xeyli müsbət təsir göstərib"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ