lombard
16:55
254

Londonda karnavalda 350-dən çox insan tutuldu

Londonun Nottinq Hill bölgəsində illik karnavalda baş verən qanun pozuntularına görə polis 353 nəfəri saxlayıb.

Ötən il polis 380 nəfəri karnavalda saxladı. Bir gün əvvəl 97 həbs olunduğu bildirildi.

Şotlandiya Polisi bildirib ki, qarşıdurma zamanı 30 polis əməkdaşı yaralanıb.

Saxlanılanlardan 162 nəfər narkotiklə əlaqəli cinayətlərə görə, 37 nəfər polis əməkdaşlarına hücuma, 34 nəfər silah gəzdirmək və hədələməyə görə, 31 nəfər ictimai asayişi pozmağa, 10 nəfər cinsi hüquq pozuntusuna, 10 nəfər isə oğurluğa görə həbs edilib.

Karnaval zamanı polis ərazidə təhlükəsizlik tədbirlərini artırıb və iştirakçılara nəzarəti gücləndirib.

Qeyd edək ki, Nottinq Hill Karnavalı 1966-cı ildən etibarən hər il avqustun sonunda keçirilir. Onun əsas iştirakçıları 1950-ci illərdən sonra Qərbi Londonda məskunlaşmağa başlayan Karib dənizindən olan insanlardır. Son illərdə bir milyona yaxın turist də karnavalda iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ