lombard
17:36
338

Səfalı İsmayıılı Rayonu haqqında...

Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahələrdən biri də turizm sektorudur. Azərbaycanın füsunkar təbiətə malik rayonlarından olan İsmayıllı turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir. Eramızın əvvəllərinin və orta əsrlərin yadigarları olan, Girdiman dövlətini idarə edən Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adı ilə bağlı Cavanşir, həmçinin Qız, Qasımxan, Niyal, XVIII əsrin abidəsi Mustafa xan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Lahıc və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir.Bütün bunlar nəzərə alınmaqla 2011-ci ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsmayıllı rayonu "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunmuşdur. İsmayıllıda turistlərin rayon haqqında, onun tarixi keçmişi haqqında geniş təsəvvür yaradılmasına xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, Lahıc və Basqal tarix- mədəniyyət qoruqları fəaliyyət göstərir. Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə olunur. Bütövlükdə rayon üzrə 233 tarixi və mədəniyyət abidəsi qorunub saxlanılır.Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisinin xeyli hissəsi dağlıq zonada yerləşir. Ərazidən Girdiman, Ax-ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, dağlıq ərazidə təbii göllər, Kürdmaşı və Aşıqbayram kəndləri yaxınlığında irihəcmli sututarları mövcuddur. Turcan kəndində "Bədo" adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında çoxsaylı müalicəvi əhəmiyyətli sular vardır.
Bütün bunlar rayonda ovçuluq, balıqçılıq, alpinizm və digər sahələr üzrə turizmin inkişaf etdirilməsinə, sanatoriya və turist bazalarının yaradılmasına, daxili və xarici turistlərin rayona axınının sürətlənməsinə şərait yaradır. Bu isə gənclərin milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, xüsusilə də torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində və nəhayət, Azərbaycan həqiqətlərinin, yaxın və uzaq tariximizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Rayonun gözəlliyinə gözəllik qatan, təmizliyinə, yaşıllığına və parklarına daim xüsusi diqqət ayıran, turistlərin rahat gəzməsi üçün çalışan İsmayıılı rayon İcra Başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlunun zəhmətinidə vurğulamaq istərdik. Mirdaməd müəllim işlədiyi hər bir sahədə vətəninə, dövlətinə, Prezidentina sadiq olub. Mirdaməd müəllim, Sizin kimi xalqına yaxın olan, rəhbərlik etdiyi rayonun sakinlərinin qayğısına qalan məmurlara hər zaman rast gəlmək olmur. İnkisaf.info-nın əməkdaşları İsmayıllı rayonunda olarkən əhalinin Mirdaməd müəllimə sevgisinin, hörmətinin şahidi olduq. Sizin əhaliyə göstərdiyiniz diqqət və qayğı üçün sizə minnətdarıq

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ