lombard
12:36
270

İranın cənubunda ağır qəza - 5 nəfər öldü

İranın cənubunda yerləşən Xuzistan vilayətinin İyzə rayonunda qoşqulu yük maşını “Tiba” markalı avtomobillə toqquşub.

Bunu İranın Xuzistan vilayətinin yol polisi rəisi polkovnik Mənsur Cəmşidi deyib.

M.Cəmşidinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Polis rəisi yaralının xəstəxanaya yerləşdirildiyini deyib.

Cəmşidi bildirib ki, hadisəyə səbəb yük maşınının gözlənilmədən yola daxil olması və “Tiba” markalı avtomobilin sürət həddini aşması olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ