Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli
Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə
sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun
hazırlanması işlərini davam etdirir.
Bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum
olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmaqdadır.
Həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa
götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid
elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin
elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.
Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar
vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya
ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan
qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur
üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait
yaradacaq.
Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə
tutulur.