lombard
16:52
221

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 28-də Səudiyyə Ərəbistanına səfərə yola düşdü.

QMİ-dən verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir. Səudiyyə Ərəbistanı Kralının müşaviri d-r Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcəkdir.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ