lombard
11:28
250

Xaçmazda 41 çətənə kolu aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinər rayonun Müşfiq kənd sakini, 46 yaşlı Zakir Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Quba regional qrupundan verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə ona məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 31 kq olan 41 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunub.

Dindirilmə zamanı Z.Əhmədov çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ