lombard
13:14
265

13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək

UEFA Avropa Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu günkü oyuna artıq 13 min bilet satışı olub. Bu barədə "Qarabağ" klubu öz rəsmi facebook səhifəsində bildirib.

Qeyd edək ki, saat 20:00 başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

"Qarabağ" - "Linfild" oyununda baş hakim Sergey İvanov, baş hakimin köməkçiləri Roman Usaçov, Valeri Dançenko, dördüncü hakim Sergey Lapoçkindir. Hakimlər briqadası Rusiyadandır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ