lombard
10:02
388

Şəki Şəhəri

Şəki Şəhəri
Şəki Şəhəri
Şəki Şəhəri

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchizatını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz nəvbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A.P.Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bül bül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır.
Qala şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Həmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Qurcanaçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur.Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər II Dünya Müharibəsi veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir. Təhsil alanların sayı 29694, təqaüdçülərin sayı 25957 nəfərdir.
Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki Şəhərinin İcra Başçısı cənab Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.
Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ