lombard
11:18
455

Özünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilib

Cari ildə proqrama artıq 4500-dək şəxs cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində işsiz
və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir.
İyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktvlər
təqdim olunub və onlar verilmiş aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar.
Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq,
arıçılıq, istixana və s.) əhatə edir. Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində
artıq 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.
Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq
proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı,
şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən
ibarətdir.
2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb
edilməsi nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ