lombard
11:23
460

Cüdoçumuz dünya çempionatının yarımfinalında

Azərbaycanlı idmançı dünya çempionatında yarımfinala yükəslib.

Tokioda keçirilən dünya çempionatında 100 kq çəkidə tatamiyə çıxan idmançımız Elmar Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gələrək qələbə qazanıb.

Növbəti görüşdə o, Rusiyanı təmsil edən erməni Arman Adamyanla üz-üzə gəlib. A.Adamyana qalib gələn Qasımov 1/8 finala yüksəlib. Cüdoçumuz 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə görüşərək ipponla qalib gəlib. Yarımfinala gedən yolda Qasımov hollandiyalı Mixael Korrel üz-üzə gəlib və 3 dəqiqə 10 saniyəyə ipponla qələbə qazanıb.

Elmar Qasımovun finala vəsiqə uğrunda görüşdə rəqibi portuqaliyalı Jorje Fonseka olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ