lombard
12:50
273

Hesablama Palatasının sədri: Manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib

Bu ilin ilk 6 ayında Mərkəzi Bankın məlumatlarından aydın olur ki, Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib. Digər tərəfdən, bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır:

"Belə ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi məqsədilə reallaşdırılan depozit hərraclarında orta gəlirliliyin
mütəmadi aşağı düşməsinə baxmayaraq, tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir (5-6 dəfə). Daxili valyuta bazarında dollar profisiti olduğu halda, izafi pul kütləsinin sterilizasiyasının həyata keçirilməsi inflyasiya səviyyəsinin qorunması məqsədinə xidmət etməsi ilə izah oluna bilər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ