lombard
14:39
502

Qax Rayonu, İlisu...

Qax Rayonu, İlisu...
Qax Rayonu, İlisu...
Qax Rayonu, İlisu...
Qax Rayonu, İlisu...

Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir.
Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur.Rayon Mədəniyyət və Turizm şöbəsi 1949-cu ildə Mədəniyyət şöbəsi kimi təşkil edilmişdir. İlk şöbə müdiri Hacıyev Abdurahman müəllim olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30.01.2006-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Hal-hazırda rayon Mədəniyyət və Turizm şöbəsinin şəbəkəsində 96 müəssisə və 1 abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir. 49 kitabxana, 23 mədəniyyət evi, 17 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix Diyarşünaslıq muzeyi, İ.Dağıstanlı xatirə muzeyi), İlisu Tarix Mədəniyyət Qoruğu, Rəsm Qalereyası və İncəsənət məktəbində ümumilikdə 506 nəfər işçi çalışır.

Hazırda rayonda 2 mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” turizm və istirahət mərkəzləri və “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel turistlərə xidmət işini həyata keçirir. Turizm mərkəzlərində qiymətlər 25- 30-55 manat aralarında dəyişir. Turizm obyektlərində yerlərin sayı 600 – ə çatdırılmışdır. 2011- ci ildə 15 minə yaxın turist istirahət etmişdirsə, 2012-ci ildə bu rəqəm 20 minə yaxın olmuşdur.
Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. Bəli, bu günki İçəri bazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. “İçəribazar qala kompleksini”- səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda İçəribazar özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir.
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə, orta dağlığın meşə qurşağı ilə yüksək dağlığın çəmənlik landşaftı sərhədində yerləşir. İlisu iki dağ çayı – Kürmükçay və Hamamçay çaylarının birləşdiyi yerdə yerləşir. Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Hər iki çay Azərbaycanda ən çox sel hadisəsi müşahidə olunan çaylar sırasında öndədirlər. Bu çayların üzərində çoxlu şəlalələr var ki, gözəlliyi ilə hər kəsi cəlb edir. Ramramay, Şahverdi, Qoçyataq, Sutökülən şəlalələri hər il yüzlərcə turisti özünə cəlb edir. İlisuda qonur-dağ meşə torpaqları geniş yayılmışdır. İlisunu əhatə edən enliyarpaqlı dağ meşələrində daha çox palıd, vələs, fistıq, şabalıd, qoz ağacları üstünlük təşkil edir. Bundan başqa iynəyarpaqlı ağac növlərindən daha çox ardıc yayılmışdır. Daha yüksək qurşaqlarda isə subalp və alp çəmənlikləri üstünlük təşkil edir. Kəndin cənub hissəsində, Yezli dağında həm də Azərbaycan Respublikasında Babadağın şimal yamaclarından sonra ən yüksəkdə yerləşən meşə zolağı var.Meşə və dağlarda ayı, vaşaq, meşə pişiyi, dağ keçisi, cüyür, çöl donuzu və s. heyvanlar geniş yayılmışdır.v Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məşhur olanı Beşbulaqdır. "Beşbulaq" İlisunun mərkəzində yerləşir. 1863-cü ildə inşa edilmiş bu bulaq əsr yarım bir müddətdə İlisunun mərkəzində buz soyuqluğu, büllür şəffaflığı, gur suyu ilə kəndə xüsusi gözəllik verir. Bulaq meydanın bir tərəfində yüksələn dağa bitişik, kəsmə çay daşından səliqə ilə tikilmiş divardan ibarətdir. Su divarda qoyulmuş beş borudan axıb töküldüyündən “Beşbulaq” adlanır. Deyilənə görə, o, öz mənbəyini zirvəsi həmişə qarla örtülü dağlardan götürdüyü üçün suyu digər bulaqlara nisbətən daha soyuqdur.
Qax Rayonun İcra Başçısı cənab Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Təyin edildiyi vaxtdan bu günə kimi bir çox işlər görmüşdü. Vətəndaşların yararsız vəziyyətə düşmüş dam örtüklərini yenisi ilə əvəz etmiş, bağça və məktəblərin yenidən təmirinə göstəriş vermişdi. Son illər rayonda sosial-iqtisadi göstəricilər xeyli yaxşılaşıb. Rayonda bir çox sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ