lombard
15:05
279

Mərdəkanda avtomobil qəza törətdi, ölən var

Mərdəkanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ