lombard
15:45
455

Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib

Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları  qəbul edib
Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları  qəbul edib
Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları  qəbul edib
Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları  qəbul edib
Avqustun 30-da Energetika naziri Pərviz Şahbazov Gəncə şəhərində Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında vətəndaş qəbulu
keçirib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev də Goranboy şəhərində
vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin və
transformatorların yenilənməsi, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, elektrik enerjisi
verilişindəki fasilələr, elektrik enerjisi və qaza görə yaranan borc və cərimələr, qaz
təchizatı, qaz sayğacının quraşdırılması, işlə təminat və digər məsələləri əhatə edib.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə
keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin
araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar
verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara
çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulu zamanı Mingəçevir şəhəri və Samux rayonundan qəbula gələn
vətəndaşların da müraciətləri dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.
Ümumilikdə qəbullarda 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə,
göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına
minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Gəncə və Goranboy şəhərlərində təşkil olunmuş qəbullar barədə
vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi
internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar
verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn
qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ