lombard
16:34
477

Ağsu regional miqrasiya idarəsi Qobustanda səyyar qəbul təşkil edib

Ağsu regional miqrasiya idarəsi Qobustanda səyyar qəbul təşkil edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsi tərəfindən Qobustanın Xilmilli kəndində səyyar qəbul keçirilib.

DMX-nin mətbuat xidmətindən bildiriblər ki, qəbulda ümumilikdə 18 nəfər iştirak edib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi qaydada dinlənilib, onlara vətəndaşsızlıq hallarının aradan qaldırılması yolları izah olunub.

Müraciət edənlərə şəxsiyyəti təsdiq edən sənədlərin əldə olunması prosedurları izah edilib. Miqrasiya qanunvericiliyi ilə bağlı suallar cavablandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ