lombard
16:43
256

Cüdoçumuz Elmar Qasımov dünya çempionatını beşinci pillədə başa vurub

Tokioda keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Elmar Qasımov beşinci olub.

Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən E.Qasımov belaruslu Daniel Muket, Rusiya təmsilçisi Arman Adamyan, braziliyalı Rafael Buzakarini və hollandiyalı Mixael Korreli məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda portuqaliyalı Xorxe Fonsekaya məğlub olan cüdoçumuz bürünc medal uğrunda görüşə çıxıb. Yaponiyalı Aaron Volfa uduzan E.Qasımov dünya çempionatını beşinci pillədə başa vurub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ