lombard
16:45
234

Türkiyədə terror aktı planlaşdıran 21 nəfər saxlanılıb

Türkiyənin İzmir və Muğla şəhərlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK və İŞİD terror təşkilatlarına üzv olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb.

Saxlanılanların 1 sentyabr-Dünya Barış Günündə ölkədə terror aktları planlaşdırdıqları məlum olub.

İzmir şəhər Baş Prokurorluğunun Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı saxlanılanların ünvanlarında axtarışlar aparılıb. Bu ünvanlarda çoxlu sayda silah-sursat, terror təşkilatlarına aid sənədlər və bayraqlar ələ keçirilib.

Saxlanılanlar aidiyyəti qurumlara təhvil verilib.

Əməliyyatlar davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ