lombard
17:05
461

Neftçalada 40 min hektar sahədə payızlıq taxıl əkini planlaşdırılır

Neftçalada cari ilin məhsulu üçün 40 min hektar sahədə payızlıq taxıl səpini planlaşdırılır. Hazırlıq işlərinə vaxtında başlayan əkinçilər indiyədək 7 min 599 hektar sahədə yay şumu aparıb və digər işlər görüblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə zəmilərdən 110 min 544 ton məhsul götürülüb, növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə rayonda mövcud olan səpin aqreqatları və digər maşın mexanizmləri təmir olunaraq məhsul istehsalçılarının ixtiyarına verilib, kifayət qədər toxum tədarük olunaraq səpin üçün hazırlanıb, müxtəlif növ gübrələr gətirilib.

Qeyd edək ki, ötən il Neftçala taxılçıları hər hektar taxıl sahəsindən ümumilikdə 28,1 sentner məhsul götürüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ