lombard
09:53
255

Biləsuvarda xanım sürücü qəza törətdi: 3 nəfər öldü, 3 nəfər yaralandı

Biləsuvarda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücü S.Fərhadzadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan digər iki sərnişin - 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Sərəc qızı və 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Sərəc qızına Cəlilabad raron Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ