lombard
11:47
282

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir: İşçilərin minimum əmək haqqı sentyabrın 1-dən 250 manatdan az ola bilməz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli
Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata
çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.
Xidmət​ işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əmək haqqı
250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata
çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250
manatdan az ola bilməz.​​ 
Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi
bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək
müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün
məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək
müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində
görməyə imkan verir.​ ​​ 
18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin
artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən
işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla
bağlı müvafiq tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində​
işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli
şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ