lombard
12:29
281

Polis əməkdaşı 4 qat dünya çempionu oldu

Avqustun 23-dən 25-dək Rumıniyada Konq-fu sanda üzrə dünya çempionatı keçirilib.

15 ölkədən 300-dən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Şənlik Talıbov inamlı mübarizə aparıb.

Təmsilçimiz çəkisi 85 kiloqramadək olan idmançılar arasında üç döyüş keçirib. Bolqar idmançı ilə qarşılaşan Ş.Talıbov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib. Daha sonra rumın və macar rəqiblərini də məğlub edən idmançımız dünya çempionatlarındakı qızıl medallarının sayını 4-ə çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ