lombard
14:10
273

Sentyabrın ilk günündə paytaxtda hava əsasən yağmursuz olacaq

Azərbaycanda sentyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26° isti, Bakıda gecə 17-19°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, gecə ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ