





Inkisaf.info-nun əməkdaşları Şəkinin böyük bazarında olub. Bazar 1.2 hektar ərazini əhatə edir. Bazarın sədri Hacıağayev Eldəniz Camaləddin oğlu 9 ildir bu bazarda fəaliyyət göstərir. 2016- cı ildə bazarda qısa qapanma nəticəsində baş vermiş yanğından sonra, bazar yenidən müasir üsullarla təmir olunmuşdu. Yeni kabeller, transformator qoyulub, 24 saat bazar işıqla təmin olunur. Bazarda yeni dam örtükləri quraşdırılmışdi. Gələcək lahiyələrindədə dam örtüklərinin bütün bazar üçün quraşdırıması nəzərdə tutulmuşdur.
Bazarda meyvə tərəvəzdən əlavə, ət və süd məhsulları, geyim şöbələridə fəaliyyət göstərir.