lombard
11:34
286

Avtomobillər toqquşdu - 4 nəfər diri-diri yandı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan rayonunun Sib və Suran rayonunda qanunsuz yanacaq daşıyan pikap avtomobili başqa bir pikap avtomobili ilə toqquşub.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin Sib və Suran rayonunun hüquq-mühafizə orqanın polis rəisi Qulamrza Təvəkküli deyib.

Q.Təvəkkülinin sözlərinə görə, hadisə nəticəsində hər iki avtomobil yanıb.

Polis rəisi hadisədə 4 nəfərin yanaraq həlak olduğunu deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ