lombard
16:50
342

Uşaqlar üçün “Qoy həmişə sülh olsun!” adlı tədbir təşkil edilib

Sentyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 192 saylı “Göyərçin” uşaq bağçasının məktəbəqədər bölmələrinin uşaqları ilə “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirib.

Baş İdarədən kitabxananın şöbə müdiri Lalə Məhərrəmova mövzu ilə bağlı çıxış edib və uşaqların vətənpərvərlik ruhunda böyüməsindən, tərbiyələnməsindən bəhs edib. Onları vətəni sevməyə, vətənpərvər olmağa səsləyib.

Sonda uşaqlar “Qoy həmişə günəş olsun!” mahnısını səsləndiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ