lombard
09:59
241

Ermənistanda işsizlərin sayı artıb

Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir.

2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı.

Eyni zamanda, bu il ərzində Ermənistanda 253 600 işsiz qeydiyyata alınıb, ötən il bu rəqəm 237 600 nəfərə bərabər idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ