lombard
10:42
299

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda, müavinləri Qusar və Xaçmaz rayonlarında vətəndaşlarla görüşəcəklər

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların
müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu
сədvəlinə uyğun olaraq sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil
Babayev Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov
Xaçmaz rayonunda və Mətin Kərimli Qusar rayonunda vətəndaşlarla görüşəcəklər.  
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət
dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə
hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq
tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini
tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı
ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət
edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla
bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ