Sentyabrın 3-ü ölkəmizdə böyük maraqla qarşılanan inklüziv “ƏSA” Teatrının əsasının qoyulduğu gündür.
Teatr aktyor-rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.
Azərbaycanın ilk və tək inklüziv teatrı üç il ərzində böyük uğurlara imza ataraq dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib. Gənc olmasına baxmayaraq, “ƏSA” Teatrı U.Şekspr, C.Steynbek, M.F.Axundzadə və M.Meterlinkin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ildən bu günədək teatr yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
“ƏSA” Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan teatr Naxçıvan və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.
2019-cu il ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunduğundan “ƏSA” Teatrı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan anterpriza hazırlayır.
Bu gün 3 yaşını qeyd edən teatrda 30-a yaxın əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir.