lombard
15:16
271

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xırdalan şəhər sakini Nazim Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ