lombard
16:32
378

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti Bakının Səbail rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları.
Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının
alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir
keçirib.
Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət
günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib.
Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və
əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin
müddətləri və verilmə qaydalarından bəhs olunub.
Bildirilib ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin
bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Əmək
məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün birgə
müzakirələr aparılıb. Bildirilib ki, qeyri-rəsmi məşğulluq əmək qanunvericiliyinin, işçilərin
sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər
məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.
Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara
müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ