lombard
16:48
372

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib
Energetika Nazirliyində kollegiya iclası keçirilibEnergetika Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda ölkədə bərpa
olunan enerji sahəsində əldə olunan nəticələr, bu sahədə qabaqcıl ölkələrin təcrübəsi
nəzərə alınmaqla mövcud potensialdan istifadənin genişləndirilməsi, qarşıda duran
prioritet vəzifələr, eləcə də 2019-cu ilin birinci yarısı üzrə nazirlik tərəfindən görülmüş
işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.  
Energetika sahəsində aparılan əsaslı islahatlardan bəhs edən kollegiyanın sədri
Energetika naziri Pərviz Şahbazov energetika sektorunun inkişafı ilə bağlı qəbul edilmiş
strateji sənədlərdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı
gücü portfelinin şaxələndirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi
istiqamətində mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb. Bildirilib ki,
“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli
Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında"
Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət
qurumları ilə razılaşdırılma mərhələsindədir. Bərpa olunan enerji mənbələrindən
istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim
edilməsi nəzərdə tutulur.
İclasda ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud
vəziyyətə dair məruzə dinlənilib. Bərpa olunan enerji potensialı, müvafiq sahəni
tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, sahənin investisiya qoyuluşu
üçün əlverişliliyinin təmin edilməsi, təşviq mexanizmlərinin müəyyənləşdirilməsi, pilot
layihələrin həyata keçirilməsi, beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi
istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Kollegiya iclasında həmçinin 2019-cu ilin birinci yarısının yekunları üzrə hesabat
dinlənilib. İcra intizamı, icazələrin verilməsi, inzibati xətalar, vətəndaşların qəbulu və
müraciətlərə baxılması ilə bağlı görülmüş işlər, eləcə də Azərbaycan Respublikası
Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti
nəzərdən keçirilib.
Yekunda nazir Pərviz Şahbazov 2019-cu ilin ikinci yarısında görüləcək işlər və
qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə
müvafiq tapşırıqlar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ