lombard
16:53
428

Mərdəkan qəsəbə sakininin həyətindən çətənə kolları götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini N.Bəylərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ