lombard
17:11
253

Dünya çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə dönüblər

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yığma komandası sentyabrın 3-də Vətənə dönüb.

İnkisaf.info xəbər verir ki, milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Dünya çempionatında Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) isə 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında çıxış edərək 5-ci yeri tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ