lombard
09:18
366

Bakıda taksi sürücüsü çay evində qətl törətdi

Bakıda çay evində qətl törədib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 112 b ünvanında yerləşən "Dəfnə" çay evində taksi sürücüsü tərəfindən bıçaqlanıb. Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ