lombard
10:27
270

İctimai açıqlığın təmin edilməsi istiqamətində ƏƏSMN-dən daha bir addım: “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı açıqlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İnkisaf.info-ya verilən məlumata görə, “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı
yaxın günlərdə açıqlanacaq. Hazırda elektron proqram təminatı üzərində son tamamlama
işləri aparılır.
Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu”
proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb
edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji
sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.
daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan
proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə
qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ