lombard
11:20
398

Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu

Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

Hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.

Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ