lombard
11:32
322

“Dorian” qasırğası ilə əlaqədar 1800-dən çox aviareys ləğv edilib

“Dorian” qasırğasının yaxınlaşması ABŞ-da 1820 daxili və beynəlxalq aviareysin ləğv edilməsinə səbəb olub.

Florida ştatının Orlando, Deytona-Biç, Pompano-Biç, Fernandina-Biç və Ceksonvil şəhərlərindəki əsas aeroportlar qasırğa səbəbindən bağlanıb.

Orlando beynəlxalq aeroportunun “Twitter” səhifəsində dərc edilmiş bəyanatında deyilir: “Aeroportun rəhbərliyi, Milli Meteorologiya Xidməti, habelə bu aeroportda fəaliyyət göstərən aviaşirkətlər və digər əlaqədar tərəflər bu qərara gəliblər ki, Orlando beynəlxalq aeroportunun əməkdaşları işi dayandırmalıdırlar”. Cənubi Floridadakı Mayami və Fort-Loderdeyl-Hollivud beynəlxalq aeroportları bazar ertəsi bağlandıqdan sonra çərşənbə axşamı əməliyyatları bərpa ediblər. Bu aeroportların rəhbərliyi bildirib ki, başqa aeroportlar bağlandığına görə hələ də reyslərin çoxunu yerinə yetirmək mümkün deyil.

Bazar ertəsi Palm-Biç beynəlxalq aeroportu da əməliyyatları dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ