lombard
12:06
919

Akademik Vaqif Fərzəliyev: Sərəncamlar göstərdi ki, elm və təhsil sahəsində çalışan insanlar daim diqqət mərkəzindədir

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır. Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır. Elm və təhsil sahəsində çalışan insanların rifah halının yüksəldilməsi üçün sosial islahatlar həyata keçirilir.

Bu fikri müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev bildirib.

Akademik deyib ki, sentyabrın 1-də qüvvəyə minən sərəncamlar Azərbaycanda elm və təhsil sahəsində çalışan insanların daim diqqət mərkəzində olduğunu bir daha sübut etdi.

“Aparılan sosial islahatlar elm adamları tərəfindən yüksək qiymətləndirilir. İnanıram ki, hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində aparılan uğurlu islahatlar, reallaşmaqda olan layihələr Azərbaycan elminin inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə akademik Vaqif Fərzəliyev vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ