lombard
14:46
256

Bakıda oğurladığı pulla özünə avtomobil aldı, amma sürə bilmədi... (FOTO)

Bakıda oğurladığı pulla özünə avtomobil aldı, amma sürə bilmədi... (FOTO)
Bakıda oğurladığı pulla özünə avtomobil aldı, amma sürə bilmədi... (FOTO)
Bakıda oğurladığı pulla özünə avtomobil aldı, amma sürə bilmədi... (FOTO)
Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət edədək evdə olmadığı müddətdə mənzildən 12 500 ABŞ dollar pulun oğurlandığını bildirib. Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb.

Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi ənməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Səbail RPİ-yə müraciət edə bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ