lombard
10:57
272

ABŞ və Çin arasında yeni razılaşma oldu

Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub.

Telefon danışığı zamanı rəsmilər ticari danışıqların yeni mərhələsinin başlanması barədə razılaşıblar.

Qeyd edək ki, daha öncə, sentyabrda danışıqların yeni mərhələsinin keçiriləcəyi barədə bildirmişdi. Sonuncu dəfə isə iki ölkənin rəsmilər arasında belə yüksək səviyyəli danışıqlar iyulun 31-də Şanxayda baş tutub.

Daha öncə ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam etdiyini qeyd etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ