lombard
11:46
504

Zaqatala rayonu haqqında...

Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir.Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir.
Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.
Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zali idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər.Rayonda insanların rahat yaşayışı üçün hər cür şərait yaradılır, girişi başdan-başa yenidən qurulub. Yollar genişlənib, yol kenarlarında ağaclar əkilib, dekorativ bəzədilmiş hasarlar çəkilib. Zaqatalanın girişi ən gözəl şəhərlərin giriş qapıları ilə müqayisə olunacaq qədər gözəldir. Yeni işıq dirəkləri öz nurunu nəinki şəhərə insanların ürəyinə salır,baxdıqca baxmaq istəyirsən.
Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir.
Bu gün Zaqatalaya gələn qonaq, sözün həqiqi mənasında, gördüklərindən məmnun qalır. Hara baxırsan iş gedir. Insanlar doğulub, boya-başa çatdıqları yerin gözəlliyinə çalışırlar. Sözsüz ki, bu işlərin başında hamının özünə ağsaqqal saydığı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dayanır. Bütün işlərə özü şəxsən nəzarət edir. Mübariz Əhmədzadə çox səmimi insandır, onun haqqında nə qədər xoş sözlər yazsaq azdır. O, Zaqatalanın inkişafında, müasir tələblərə cavab verməsində əlindən gələni edir. Zaqatalaya gələn qonaqlarında sayı az deyil, həm Bakıdan həmdə başqa ölkələrdən bura çoxlu turistlər gəlir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ