lombard
12:19
262

Peşə reabilitasiya mərkəzində Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində
Türkiyə Aikido Təşkilatı Dərnəyinin Başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin
iştirakı ilə iki gündür ki, Aikido Yapon idman növü ilə tanışlıq təlimlərinə başlanıb.
E.Ergin və E.Aydəmirin Mərkəzə səfəri “Əngəlsiz Düşüncə” Sosial inkişafa
yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən
təşkil olunub. Hər iki idmançı sentyabrın 10-dək Mərkəzdə qonaq olacaq və təlimləri
aparacaqlar.
Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido Yapon
idman növü barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar.
Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına, onlar arasında
idman növlərinin təbliği işlərinə dəstək verməkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ