lombard
12:26
308

Daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Prezident cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin
vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik
ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə
həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ
müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə
təminatına dair qərar qəbul edilib.
Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq
94 faiz icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ