lombard
13:43
249

Ağsuda yanğın - Xəsarət alan var

Ağsuda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ