lombard
12:27
559

Balakən Rayonu haqqında

Balakən Rayonu haqqında
Balakən Rayonu haqqında
Balakən Rayonu haqqında
Balakən Rayonu haqqında
Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.[3] Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.
Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.
Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur.
Rayonda bir çox görkəmli şəxslər doğulub, yaşayıb Azərbaycanımızın adını, Bayrağımızı hər yerdə yüksəklərə qaldırıblar
Əli Ansuxski — xeyriyyəçi, Azərbaycan SSR Ali Sovetinin (1990–1995) XII çağırış və Azərbaycan Respublikası Milli Məclisinin (1995–1996) I çağırış deputatı.
Əhməd bəy Dibirov — Rusiya İmperiya ordusunun polkovniki.
Akif Məmmədli — AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru.
Füzuli Hüseynov — aktyor, əməkdar artist.
Osman Gündüz — İKT mütəxəssisi.
Həqiqət Hacıyeva — alim, pedaqoji elmlər namizədi.
Laləzar Mustafayeva — aktrisa.
Mustafa Mustafayev — texniki elmlər namizədi.
Münəvvər Məhəmməd qızı Kantayeva — kimya elmləri namizədi.
Qeybulla Qeybullayev — professor.
Qurban Əhmədov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru.
Rəbiyyət Aslanova — fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı.
Telman Adıgözəlov — aktyor, Azərbaycan Respublikasının xalq artisti.
Tofiq Yusif oğlu Baharov — geologiya və minerologiya elmləri doktoru.
Əsədulla Qurbanov — fəlsəfə elmləri doktoru.
Rəsul Çunayev — idmançı, Dünya (2015) və Avropa (2008, 2010) çempionu, Dünya Kuboku (2015) və Avropa Oyunlarının (2015) qalibi.
Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir.Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Təbiəti mühafizə", "Toxuculuq", "Evdarlıq", "Musiqi sevərlər", "Dilçilik", "Kağız əl işləri", "Dərzi", "Biçmə-tikmə" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir.[48] Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Radio texnika", "Radiotexniki konstruktivləşdirmə", "İnformatika və EHM", "Əyləncəli fizika", "Gənc dizayner", "Texniki estetika", "İbtidai texniki modelləşdirmə", "Gənc konstruktor", "Avtomodel", "Tikişin texnologiyası", "Kinomexanika", "Radiorabitə", "Kartinq", "Foto", "Radiomexanika", "Elektrotexnika", "Kimya texnologiya") 945 məktəbli cəlb olunmuşdur.
Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ