lombard
12:52
446

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev avqust ayının 22-də Tülü, 29-da isə Xalatala kəndində səyyar qəbullar keçirib.

Görüşlərdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, 31 iyul 2019-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən cənab Prezident bildirib ki, bu ilin altı ayı ərzində qarşıya qoyulan vəzifələr uğurla icra edilib, qeyri-neft sektorunun inkişafında sevindirici nəticələr əldə olunub. İqtisadiyyat 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, sənaye 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb.

Səyyar qəbullarda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kəndlərdə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kənddaxili yolun asfaltlanmamış hissəsinə asfalt vurulmasına, çay sularından mühafizə üçün bəndlərin vurulmasına, içməli su ilə təchizatın yaxşılaşdırılması üçün artezian quyularının qazılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ